YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Xarici İşlər naziri Tbilisiyə səfərə gəlib

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov dekabrın 23-də Tbilisiyə səfərə gəlib.

Səfərin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin 8-ci üçtərəfli görüşündə iştirak etməkdir.

Görüşdə üçtərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional iqtisadi layihələr və təhlükəsizlik məsələləri barədə müzakirələr aparılacaq. Sonda birgə bəyannamənin qəbulu da gözlənilir.

Nazir Elmar Məmmədyarovun ikitərəfli görüşləri də nəzərdə tutulub.