YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşahidəçi: Səsvermə zamanı indiyədək heç bir qayda pozuntusuna yol verilməyib

24 saylı Nizami I seçki dairəsinin əhatə etdiyi məntəqələrdə səsvermə qanunvericiliyə tam uyğun qaydada keçirilir. Səhər tezdən seçicilər məntəqələrə gələrək istədikləri namizədlərə səs verirlər.

Həmin seçki məntəqələrindən biri də 214 saylı orta məktəbdə yerləşən 14 saylı məntəqədir.

Qeyd edək ki, seçki prosesini müxtəlif partiyalardan, ictimai qurumlardan, eləcə də bitərəflərdən ibarət müşahidəçilər izləyir.

Onlardan biri də öz təşəbbüsü ilə bələdiyyə seçkilərini izləməyə gələn Mübariz Zeynalovdur. O, müsahibəsində seçkilərin şəffaf keçdiyini, vətəndaşların istədikləri namizədə heç bir təzyiq olmadan səs verdiklərini qeyd edib. Bildirib ki, seçki prosesi qanunvericiliyə uyğun gedir və bu vaxtadək heç bir qayda pozuntusuna yol verilməyib.