YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İordaniya qəzetləri ulu öndər Heydər Əliyev haqqında yazır

Tanınmış iordaniyalı jurnalist Mərvan Sudah Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında məqalə yazıb. İordaniyanın “əl-Dustur” və “əl-Hərir” qəzetlərində dərc olunan məqalədə Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, onun zəngin və çoxşaxəli fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən ətraflı bəhs edilir. Məqalədə Ümummilli Liderin keçdiyi həyat yoluna nəzər salınır, qeyd edilir ki, Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi sayəsində keçmiş Sovet İttifaqı dövründə xalqını planlaşdırılmış bir çox təxribatlardan qoruya bilib.

Müəllif İordaniya Kralı II Abdullahın bu yaxınlarda Azərbaycana etdiyi səfərə və burada keçirdiyi görüşlərə də toxunur. O, ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyətini qeyd edir.