YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Ölkəmiz sülhün, dialoqun mərkəzi və dəstəkçisi kimi tanınır və qəbul edilir

“Mədəniyyətlərarası və dinlərarası harmoniya müasir dünyamızın ən mühüm çağırışlarından biridir”. Bu fikri AMEA-nın Şərqşünaslıq İnstitunun direktoru, akademik Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, dünyada baş verən problemlərin həll edilməsi üçün sivilizasiyalararası, dinlərarası, mədəniyyətlərarası dialoq vacibdir. Onun sözlərinə görə,  bu gün dini və etnik zəmində onlarla münaqişənin davam etdiyi bir dövrdə öz mədəniyyətimizin, dilimizin, dinimizin qorunması olduqca vacib məsələdir.

“Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə biz dini-mənəvi, həm də mədəni dəyərlərimizi mühafizə edə bildik. Prezident İlham Əliyevin sayəsində isə bu dəyərləri daha da zənginləşdirdik, onu həm ölkəmizin, həm də dünyamızın inkişafı üçün böyük potensiala çevirdik. Mədəniyyətlər və dinlərarası dialoq dedikdə ilk olaraq əsas ölkələrdən  biri Azərbaycandır. Hamı ölkəmizi sülhün, dialoqun mərkəzi və dəstəkçisi kimi tanıyır və qəbul edir”-deyə, akademik vurğulayıb.