YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Xəzər rayonunun Mərdəkan qəsəbəsində seçicilərlə görüş keçirilib

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında Mərdəkan qəsəbə sakinlərinin bələdiyyə üzvlüyünə namizədlərlə görüşü keçirilib.

Tədbirdə YAP xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev, qəsəbə sakinləri Sabir Dadaşov, Kəmalə Quliyeva, Hüseyn İbrahimov çıxış ediblər. Çıxış edənlər Azərbaycanda bələdiyyə institutunun formalaşmasından, ölkəmizdə yerliözünüidarə orqanlrının fəaliyyəti üçün hər bir şəraitin yaradıldıgından, keçən dövr ərzində Mərdəkan bələdiyyəsi tərəfindən görülmüş işlər barədə, ümumiyyətlə qəsəbədə həyata keçirilən sosial layihələr barədə tədbir iştirakçılarına məlumat verilib.

Natiqlər seçiciləri 23 dekabr bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıblar.