YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Bu günədək 13 qeyri-maddi və 3 mədəni irsimiz UNESKO-nun siyahısına daxil edilib

“Bu il bizim üçün uğurlu il olub, paytaxtımız dörd mühüm tədbirə ev sahibliyi edib. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası, Qoşulmama hərəkatı, Dünya dini liderlərinin II Sammitinin Bakıda keçirilməsi ölkəmizdəki tolerantlıq mühitindən xəbər verir”. Bu fikirləri Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Əbülfəs Qarayev bildirib ki, ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ötən 10 ildə elə bir nüfuz qazanıb ki, artıq nə beynəlxalq təşkilatlar, nə də hər hansı bir dövlət bu nüfuzu şübhə altına sala bilməz. İki il əvvəl BMT-nin Baş katibi və bu il BMT-nin Baş Assambleyası Mədəniyyətlərarası Dialoq Forumunu dünyanın ən əsas qlobal platformalarından biri kimi elan etdi. Bu siyasət dünya miqyasında qəbul olunan siyasətdir.

“Bu istiqamətdə Azərbaycanda keçirilən tədbirlər də ölkəmizin mövqeyini daha da artırır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sayəsində 13 qeyri-maddi və 3 mədəni irsimiz UNESKO-nun siyahısına daxil edilib. Azərbaycan dünyada təkcə neft ölkəsi deyil, həm də mədəniyyət, tarix, tolerantlıq nümayiş etdirir. Müxtəlif mədəniyyətlərə hörmət xalqımızın mədəniyyətinin bir parçası kimi formalaşaraq inkişaf edib. Xalqımız hər zaman müxtəlif mədəniyyətlərə, dinlərə hörmətlə yanaşıb və bu gün də belədir”, - deyə nazir qeyd edib.

DİGƏR Xəbərlər Arxiv