YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycanın Gürcüstandakı səfirliyinin binasında yaradılan şəraitlə tanış olmuşdur

Mayın 6-da Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin binasında yaradılan şəraitlə tanış olmuşdur.

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn dövlətimizin başçısına məlumat verdi ki, səfirliyin binası Gürcüstan Prezidentinin 2008-ci il 29 may tarixli əmri ilə ayrılmış torpaq sahəsində inşa edilmişdir. Binada bütün iş otaqları zəruri avadanlıqla təchiz olunmuş, səfirliyin əməkdaşlarının səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

Səfirlik kompleksinin inzibati binasında Heydər Əliyev zalı, qonaq qəbulu otaqları, konfrans zalı, iclas otağı və iş otaqları yerləşir. Heydər Əliyev zalında Ulu Öndərin şərəfli həyat və fəaliyyətindən bəhs edən şəkillər və kitablar toplanmışdır. Burada Azərbaycan Respublikasının dövlət bayramları və əlamətdar günlər ilə bağlı müxtəlif tədbirlər keçirilir. Səfirliyin inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü ucaldılmışdır.