YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

On bir ayda Azərbaycandan 10,5 milyard kubmetrədək təbii qaz ixrac olunub

Bu ilin 11 ayında ölkədən 10 milyard 464,9 milyon kubmetr təbii qaz ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, yanvar-noyabr aylarında ixrac edilən təbii qazın dəyəri 2 milyard ABŞ dollarından çox olub.

Xatırladaq ki, keçən ilin müvafiq dövründə ölkədən 6 milyard 450,6 milyon kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 1 milyard 256,1 milyon dollar olmuşdu.