YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyalı deputat: Paşinyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi şərh etməsi cəfəngiyatdır

Nikol Paşinyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi şərh etməsi cəfəngiyatdır.

Bu sözləri Bundestaqda Xristian Demokratik Partiyasını təmsil edən Nikolas Löbel Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən səsləndirilən təxribat xarakterli fikirləri şərh edərkən deyib.

Deputatın sözlərinə görə, Almaniya üçün tam aydın məsələdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo saxlanıla bilməz. Dağlıq Qarabağ coğrafi cəhətdən Azərbaycana aiddir və Azərbaycanın tərkib hissəsidir. BMT-nin bir sıra qətnamələri var ki, bu ərazilərin Azərbaycana aid olduğunu açıq şəkildə təsdiq edir. “Biz istəyirik ki, uzun müddətdən bəri davam edən münaqişənin sülh yolu ilə həlli istiqamətində mümkün olan hər şeyi edək”, - deyə Nikolas Löbel bildirib.

Xatırladaq ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi beynəlxalq hüquq normalarına zidd olaraq işğal edilib. İşğal nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma yurdlarından didərgin düşüb.