YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib

YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib.

Görüşdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov qarşıdan gələn 23 dekabr bələdiyyə seçkilərində qadınların, gənclərin namizədliyinə üstünlük verilməsindən danışıb. N.Əhmədov bildirib ki, ötən illər ərzində yerli özünüidarəetmə orqanları da inkişaf edib, bələdiyyələrın böyük təcrübə qazandığını diqqətə çatdırıb.

Təşkilat sədri YAP-ın qarşıdan gələn bələdiyyə seçkilərində layiqli namizədlər irəli sürüb. O, səhiyyə işçilərini partiyanın namizədinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər dekabrın 23-də səsvermə prosesində fəal iştirak edəcəklərini və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.