YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa edilmiş “Laçın” adlı ilk tankerin istismara verilməsi mərasimində iştirak edib.

Dövlətimizin başçısının iştirakı ilə “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsinin suya salınması, yeni alınan “Şahdağ”, “Xocalı”, “Quba”, “Murovdağ” və “Savalan” platforma-təchizat gəmilərinin istifadəyə verilməsi mərasimləri də olub.