YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Suraxanı rayonunda təbliğat - təşviqat kampaniyası çərçivəsində görüş keçirilmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının seçki qərargahında bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat – təşviqat kampaniyası çərçivəsində gənc seçicilərlə görüş keçirilmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası İcra Katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Fərəh Məcidzadə, gənc partiya fəalları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov rayon təşkilatı tərəfindən görülən işlər barədə geniş məlumat vermiş, qarşıdan gələn bələdiyyə seçkilərinin mühüm əhəmiyyətini qeyd etmiş, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edərək cəmiyyətdə gənclərin rolundan danışmışdır:”Azərbaycan gənci bu gün ölkəmizin siyasi, mədəni, ictimai həyatında mühüm yer tutur, dövlətimiz və partiyamız bacarıqlı, istedadlı gənclərin uğurla irəli getmələri üçün geniş meydan açıb, zəruri tədbirlər həyata keçirir”.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxış edərək, ölkəmizdə alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarının həyata keçirdikləri təbliğat-təşviqat kampaniyasında yüksək seçki əhval-ruhiyyəsi müşahidə olunduğunu bildirmiş, Yeni Azərbaycan Partiyasının əvvəlki seçkilərdə olduğu kimi bələdiyyə seçkilərində də qalib gəlmək əzmində olduğunu vurğulamış, partiyanın bələdiyyələrin işinin yüksəldilməsi üçün səmərəli tədbirlər həyata keçirdiyini qeyd etmişdir.
Daha sonra çıxış edən fəal gənclərdən Zərnişan Abidova, Arzu Məmmədli, Eldar Mirzəliyev, Gənclər Birliyinin sədri Fərəh Məcidzadə Azərbaycanda ötən dövr ərzində bələdiyyə institutunun formalaşdığını və bu seçki prosesində də gəncləriın rolunun əvəzsiz olduğunu qeyd etmiş, qarşıdan gələn bələdiyyə seçkilərində gənc namizədlərin say çoxluğunun iş prosesinə müsbət təsir göstərəcəyinə əminliyini bildirmiş, Yeni Azərbaycan Partiyası namizədlərinə uğurlar arzulamışlar.

DİGƏR Partiya xəbərləri Arxiv