YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Biləsuvar rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat kampaniyasını uğurla davam etdirir

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Biləsuvar rayon şöbəsi Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kompaniyasını uğurla davam etdirir.Növbəti görüş Biləsuvar rayonunun təhsil sahəsində çalışan işçilərlə keçirilib.

 

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Biləsuvar rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Kamil Mirzəyev bildirib ki, ölkəmizdə keçirilən seçkilər hər zaman mühim siyasi hadisə kimi cəmiyyətimizin diqqət mərkəzindədir.Kamil Mirzəyev qeyd edib ki, son 16 ildə ölkəmiz yüksək inkişaf yolu keçib.Natiq bildirib ki,ölkə başçısı cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Biləsuvar rayonunda da böyük işlər görülüb.Bu uğurlu siyasət dövlətçiliyimizin,xalqımızın inkişafına yönəlmişdir. Son illərdə insanların yaşayış səviyyəsində əhəmiyyətli nailiyyətlərin əldə edilməsi, Azərbaycanın sosial simasının dəyişməsi,Yeni Azərbaycan Partiyasının ictimai-siyasi nüfuzunu və gücünü daha da artırır.”Biz həmişə haqqa-ədalətə önəm verən, xalqını – Vətənini dərin məhəbbətlə sevən, fəaliyyəti ilə əməlləri bir olan liderə arxalanmışıq.Belə bir insan, bir bir qətiyyətli rəhbər, belə bir müdrik siyasətçi cənab İlham Əliyevdir”-deyən, Kamil Mirzəyev YAP-ın namizədlərinin xalqımızdan yetkin dəstək alacaqlarına inandığını bildirərək, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

 

Sonra Seçki Qərargahı üzvlərindən Akif Kazımov, Qənbərəli Bağırov, Əjdər Niftiyev və digərləri çıxış edərək Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə Azərbaycan Respublikasının hərtərəfli inkişaf etdiyini qeyd ediblər.

 

“Xalq üçün” devizi ilə təbliğat-təşviqat kompaniyasına uğurla başlayan Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının seçki qərargahı bələdiyyə seçkiləri ilə əlaqədar Biləsuvar rayonunun Bəydili və Çinarlı kəndlərində də seçicilərlə görüşü keçirilib. Görüşdə YAP Biləsuvar rayon təşkilatı Seçki Qərargahının üzvü Qənbərəli Bağırov və YAP Biləsuvar rayon təşkilatının aparat rəhbəri Əjdər Niftiyev seçicilər qarşısında çıxış edərək ölkədə həyata keçirilən iri miqyaslı layihələrin ölkə Prezidenti cənab İlham Əliyevin adı ilə bağlı olduğunu və bütün bunların hər bir vətəndaşın gözü qabağında baş verdiyini seçicilərin nəzərinə çatdırıblar.

Natiqlər qeyd ediblər ki, biləsuvarlı seçicilər bütün seçki prosesslərində çox böyük fəallıq göstərərək dövlətə və dövlətçiliyə sədaqətlərini nümayiş etdiriblər. Əminliklə bildiriblər ki, bu kəndlərin seçiciləri də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.

Görüşdə çıxış edən Bəydili kənd sakinləri Əfsər Həşimov, Xüdaşükür Əliyev, Çinarlı kənd sakinləri Rafiq Cəfərov, Ramiz Əliyev bildiriblər ki, kənd sakinləri seçkilərdə fəal iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.