YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyəli səfir: TANAP layihəsi Azərbaycanın və Türkiyənin birgə uğurlu fəaliyyətini dünyaya bir daha sübut etdi

Azərbaycan və Türkiyə iş adamları Ukraynada birgə iqtisadi layihələrin reallaşdırılması istiqamətində işlər görür.

Bu fikri Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə söyləyib.

Səfir qeyd edib ki, Ukraynada azərbaycanlı və türk iş adamlarının birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün çox böyük potensial var. “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı Ukraynada da tətbiq edilir. Azərbaycan və Türkiyənin Ukraynada birgə fəaliyyəti üçün səfirlər səviyyəsində çox sıx müzakirələr aparılır. Ukraynada 500 minə yaxın azərbaycanlı, 30 min türk vətəndaşı yaşayır. Biz burada böyük bir ailəyik. Ortaq iqtisadi layihələrin gerçəkləşdirilməsi üçün müzakirələr aparılır”, - deyə səfir əlavə edib.

Bu günlərdə Azərbaycan və Türkiyənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirakına dair sualı cavablandıran Y.Ə.Güldərə bildirib ki, Avropanın enerji təhlükəsizliyi məsələsi olduqca aktualdır, hətta NATO-nun əsas platformasına daxildir. TANAP layihəsinin gerçəkləşdirilməsinə nail olmaq üçün Azərbaycan və Türkiyə birgə böyük bir yol keçib, çətinlikləri aradan qaldırıb.

“Bu layihədən bir çox ölkələr faydalanacaq. Avropa ölkələri alternativ yolla təbii qaza sahib çıxacaqlar. Bu meqalayihə Azərbaycan və Türkiyənin birgə uğurlu fəaliyyətini dünyaya bir daha sübut etdi”, - deyə səfir söyləyib.

Türkiyəli diplomat vurğulayıb ki, Azərbaycanın regionda rolu, nüfuzu artmaqdadır. Türkiyə Azərbaycanın regionda daha da güclənməsinə dəstək verməkdə davam edəcək.