YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Afrikada səsdən sürətli ilk pilotsuz təyyarə istehsal ediləcək

Əlcəzair və CAR-dan olan mütəxəssislər arasında elmi-texniki əməkdaşlıq çərçivəsində 2016-cı ildə Afrikada səsdən sürətli ilk pilotsuz təyyarə istehsal ediləcək.

Bu haqda Beynəlxalq Pilotsuz Hava Gəmiləri Salonunun işində iştirak etmiş Əlcəzair Elmi Tədqiqatlar və Texnologiya İnkişafı üzrə qurumun baş direktoru Xafid Auraq bildirib.

X.Auraq deyib: “Layihə üzərində işə 2015-ci ilin yanvarında başlanılacaq. İlk aparat 18 ay sonra buraxılmalıdır. Əlcəzairdə innovasiyalı metodlardan istifadəyə əsaslanan pilotsuz təyyarələr üçün mühərriklərin yaradılması üzrə texnologiya meydançası açılacaq”.