YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Mingəçevirdə bələdiyyə seçkiləri ilə əlaqədar mədəniyyət işçiləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat kampaniyasını davam etdirir.  Növbəti görüş mədəniyyət işçiləri ilə olub. Bələdiyyə üzvlüyünə namizədlərində iştirak etdiyi görüş Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən qapalı görüşlər üçün ayrılmış Ü.Hacıbəyov adına musiqi məktəbinin akt zalında keçirilib.

Tədbirdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov  Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində Azərbaycanın iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatının bütün istiqamətlərində uğurların əldə edildiyini bildirib. O qeyd edib ki, Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizə son 16 ildə daha böyük nailiyyətlər qazandırıb: “İnkişaf siyasətində YAP üzvləri də yaxından iştirak edirlər. O cümlədən, bələdiyyələrdə də YAP fəalları üstünlük təşkil edir və onlar yerli məsələlərin həllinə yaxından qatılırlar. Ona görə də, bu işlərin davamlı olması üçün sizi qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıram”.
Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar partiyanın seçki proqramı haqqında geniş məlumat veriblər.
Çıxış edən seçicilər də 23 dekabrda Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, təbliğat kampaniyası çərçivəsində Mingəçevir şəhəri, Ü.Hacıbəyli küçəsinin sakinləri ilə də görüş keçirilib.