YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Bu ilin sonuna qədər 10 ölkədə Azərbaycan Evi fəaliyyətə başlayacaq

“Diasporla iş Üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızla bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra qurumudur. Çalışırıq ki, dünyada yaşayan azərbaycanlılar milli və dövlətçilik maraqlarımız ətrafında daha sıx birləşsinlər. Hədəfimiz ondan ibarətdir ki, yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız müstəqil qüdrətli Azərbaycan dövlətini öz yanında görsün. “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrinə uyğun olaraq ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısını hiss etsin”. Bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu gün YAP İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.

F.Muradov bildirib ki, Dövlət Komitəsinin əsasnaməsi ilə qarşıya qoyulan vəzifələr var. “Bu vəzifələrə və dövlət başçımızın tapşırıqlarına uyğun olaraq ardıcıl fəaliyyət göstəririk. Bu yolda Prezident İlham Əliyevin, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi xüsusi qeyd edilməlidir”-deyə, o vurğulayıb.

Görülən işlər haqqında slaydlarla ümumi məlumat verən F.Muradov söyləyib ki, Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb və fəaliyyət göstərir. Bu günədək 88 diaspor təşkilatı və 69 fərdi şəxs müvafiq elektron qeydiyyatdan keçib. Təşkilatların təqdim etdiyi 66 layihədən 32-i maliyyələşdirilib.

Eyni zamanda, ümumilikdə 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası təsis olunub. bundan başqa, 22-28 avqust 2018-ci il tarixində Şəki şəhərində “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsi təşkil edilib. Düşərgədə 37 ölkədən 140 gənc iştirak edib. 8-14 iyul tarixlərində Diaspor Gənclərinin “Nəsimi 650” adlı II Yay düşərgəsi olub. Düşərgədə 51 ölkədən 110 gənc iştirak edib.

Komitə sədri onu da qey edib ki, xarici ölkələrdə Azərbaycan evlərinin yaradılmasına başlanılıb. Belə ki,  bu ilin sonuna qədər 10 ölkədə Azərbaycan Evi fəaliyyətə başlayacaq. Gələn il daha 8 ölkədə Azərbaycan Evi yaradılacaq. Bu proses gələcəkdə də davam etdiriləcək.