YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Qafqaz regionuna terroru erməni siyasi təşkilatları gətirib

“Qafqaz regionuna terroru erməni siyasi təşkilatları gətirib. Bunu sübut edən çoxlu arxiv sənədləri və mənbələr var”. Bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, Prezident İlham Əliyevin erməni terror təşkilatları və terroru haqqında söylədiyi fikirlərin dərin elmi əsasları var.

“Bəzən yanlış olaraq düşünürlər ki, erməni terror təşkilatları təkcə azərbaycanlılara qarşı terror törədiblər. Amma  erməni terror təşkilatlarının Qafqaz regionunda ruslara, gürcülərə və digər xalqlara qarşı da terror törətdikləri faktlarla məlumdur”-deyə, M.Qasımlı qeyd edib.