YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycanda ciddi, səmərəli və effektiv islahatlar həyata keçirilir

“Azərbaycanda ciddi, səmərəli və effektiv islahatlar həyata keçirilir. Ölkə başçısının rəhbərliyi ilə ayrı-ayrı sahələrdə aparılan bu islahatlar uğurlu nəticələr verməkdədir”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, ölkəmizdə sosial-iqtisadi, məhkəmə-hüquq sasində mühüm islahatlar aparılır. Onun sözlərinə görə, ölkə başçısı bu ilin əvvəlində etdiyi çıxışda siyasi sahədə də islahatların gedəcəyini istisna etməmişdi. Ona görə də, Yeni Azərbaycan Partiyasının ölkə başçısına parlamentin buraxılması ilə bağlı müraciət ünvanlaması gözlənilən qərar idi. “Bir sahədə islahatlar getsə, digər sahələrdə davam etdirilməsə, tarazlıq pozular. Nəticədə dövlətimizin güclənməsi, xalqın rifahı istiqamətinə yönələn dəyişikliklər daha yaxşı nəticələr versin deyə, siyasi sahədə də islahatlar aparılmalı idi. Bu sahədə islahatlar həyata keçirilməsə, digər sahələrdə aparılan islahatlar üçün maneələr ola bilər. Dünya təcrübəsi də bunu göstərir.
Ona görə, bu gün YAP Siyasi Şurası çox düzgün qərar qəbul etdi. Həyata keçirilən islahatların nəticəsini, səmərəsini biz görürük”.

M.İbrahimqızı onu da vurğulayıb ki, ölkə başçısının çıxışlarında dediyi, eləcə də, Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində səsləndirdiyi kimi, bu islahatlar kampaniya xarakteri daşımamalıdır və daşımayacaq:

“İslahatlar ardıcıl olaraq davam etdirilməlidir. Əminəm ki, siyasi islahatlarımız uğurla həyata keçirilən bütün dəyişikliklərlə bərabər, paralel uğurlara imza atacaq. İslahatların daha uğurlu, tarazlı və çevik həyata keçməsi üçün bu zəruri idi. Dünya təcrübəsində erkən seçim və ya parlamentin buraxılması adı bir haldır. Dövlətimiz, xalqımız üçün xeyirli-uğurlu olsun”-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.