YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: YAP respublikamızda islahatların uğurla həyata keçirilməsində fəal iştirak edir

“Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən islahatlar həyatın bütün sahələrini əhatə edir. Aparılan islahatların nəticəsi olaraq respublikamızda perspektiv inkişaf baxımından mühüm əhəmiyyət daşıyan müsbət reallıqlar yaranıb”. Bu fikirləri YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov deyib. 

İ.Məmmədov YAP Siyasi Şurasının Azərbaycan parlamentində islahatların davam etdirilməsi ilə bağlı qərarını da məhz bu kontekstdə dəyərləndirdiyini vurğulayıb. Millət vəkili bildirib ki, qanunverici orqanın fəaliyyəti Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində ölkəmizdə gedən sürətli inkişaf prosesinə adekvat olmalıdır və partiyamızın Siyasi Şurasının qərarı da məhz bu məqsədə xidmət edir. “Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP müstəqillik illərində Azərbaycanın inamlı inkişafında mühüm rol oynayan güclü siyasi qüvvədir. Partiyamız həmişə vacib məsələləri gündəmə gətirib və onların həllinə nail olub. O cümlədən YAP respublikamızda islahatların uğurla həyata keçirilməsində fəal iştirak edir. Parlamentdə islahatların aparılması da ölkəmizin hazırkı inkişaf mərhələsində meydana çıxan çağırışlardan biridir və mən partiyamızın Siyasi Şurasında qəbul edilən müvafiq qərarı tam dəstəkləyirəm. YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədovun da bildirdiyi kimi, Yeni Azərbaycan Partiyasının üzvləri bu qənaətdədirlər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır”.

İ.Məmmədov onu da bildirib ki, YAP irəli sürdüyü bütün təşəbbüslərdə bir qayda olaraq dövlətçilik mövqeyindən çıxış edir. “Partiyanın Siyasi Şurasının məlum qərarı da bu baxımdan istisna deyildir”, - deyə deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv