YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: İşğalçı dövlətin hakimiyyətinin yanaşması Ermənistanın tənəzzülünün əsas səbəbidir

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində siyasi iradə nümayiş etdirsə də, Ermənistan qeyri-konstruktiv mövqe tutur». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Ermənistan rəhbərliyi münaqişənin həlli prosesini uzatmaq və ya bu prosesə mane olmaq üçün gah təxribatçı hərəkətlərə əl atır, gah da danışıqlardan yayınmağa çalışır.

«İşğalçı dövlətin hakimiyyətinin bu yanaşması Ermənistanın tənəzzülünün əsas səbəbidir. Ermənistanın iqtisadi tənəzzülünün, regionda blokada vəziyyətində olmasının başlıca səbəbi onun işğalçılıq siyasətidir. Ermənistanda keçirilən etiraz aksiyaları zamanı vətəndaşlar bu məqamları səsləndirirlər. Amma görünən odur ki, hakimiyyət öz mövcudluğunu qorumaq üçün xalqı qurban verməyə razıdır»- deyə, E.Məmmədov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv