YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Partiyamız böyük inkişaf yolu keçib

“Yeni Azərbaycan Partiyası bu gün nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız böyük inkişaf yolu keçib”. Bu fikirləri  Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, partiya yaratmaq, insanları ideologiya ətrafında toplamaq asan məsələ deyil. Bunun üçün insanlar güclü şəxsiyyət və mükəmməl siyasi ideologiya ətrarfında toplaşmalıdırlar. Onun sözlərinə görə. Yeni Azərbaycan Partiyası yaradılarkən burada toplaşan insanlar Ümummilli Lider Heydər Əliyevin qarşısına qoyduğu, əsas prioritet hesab etdiyi məsələlər ətrafında vahid ideologiya ətrafında bişləşdilər. Əsas məqsəd ölkəni düşmüş olduğu bəlalardan xilas etmək və gələcək inkişafı təmin etmək idi.

“Bu gün əminliklə deyə bilərik ki, iqtidar partiyası olaraq YAP-ın yürütdüyü siyasət nəticəsində hüquqi dövlət yaranıb, stabil və sosialyönümlü iqtisadiyyatımız inkişaf edib, vətəndaş cəmiyyəti, demokratik dəyərlər, insan hüquq və azadlıqlar təmin olunub. Bu, partiyanın fundamental prinsipidir. YAP üzvləri Prezident İlham Əliyevin fəaliyyəti ətrafında birləşərək Azərbaycanın inkişafına böyük töhfələr verirlər. 740 mindən artıq üzvü olan partiya təmsilçiləri elm, təhsil, səhiyyə, medəniyyət, idman, incəsənət və digər sahələrdə fəaliyyət göstərirlər. Bu, patiyanın böyük elektorata malik olduğunun göstəricisidir”-deyə, deputat qeyd edib.