YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Azərbaycanda tolerantlıq mühiti hökm sürür

“Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi, dünyanın milli və dini tolerantlıq mərkəzi olan ölkəmizin yeni müvəffəqiyyətli imzası olub. Bu hadisə Azərbaycanın dünyadakı mövqeyini, nüfuzunu dahada  möhkəmləndirir”. Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, nüfuzlu  beynəlxalq tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi bəziləri üçün adi məsələlər kimi görünə bilər. Lakin bütün bunlar ötən illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin nəticələridir.

“Əgər inkişaf, təhlükəsizlik, sabitlik, tolerantlıq kimi keyfiyyətlər Azərbaycanda olmasaydı ölkəmizə bu qədər etibar və etimad edilməzdi. Bizə məlumdur ki, dünyanı narahat edən məsələlərin müzakirəsinə ev sahibliyi o ölkələrə verilir ki, orada sabitlik, təhlükəsizlik, inkişaf, tolerantlığın bütün şərtləri təmin edilmiş olsun. Yalnız bu şərtlər daxilində, bütün bu keyfiyyətlər malik olan dövlətlərə üstünlük verilir.Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Azərbaycanın bütün bu keyfiyyətlərə malik olması çox qürurverici haldır. Ölkəmiz bu şərtlərin hər birinə cavab verir. Buna görə də dünya üçün əhəmiyyətli məsələlərin, istər siyasi-iqtisadi, istər dini, istər mədəni, istərsə də hərbi məsələlərin müzakirəsinə dair beynəlxalq və regional tədbirlər Azərbaycanda keçirilir”-deyə, deputat qeyd edib.