YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Koreyanın Baş naziri Çanq Honqvonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Baş naziri Çanq Honqvonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlamaqdan məmnun olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev əmin olduğunu bildirmişdir ki, bu səfər ikitərəfli münasibətlərimizə yeni impuls verəcək. Prezident İlham Əliyev qeyd etmişdir ki, biz əlaqələrimizin inkişafından razıyıq. Bu əlaqələr çox dinamik irəliləyir, getdikcə yeni sahələri əhatə edir və inkişaf üçün yaxşı potensiala malikdir. Siyasi səviyyədə möhkəm əlaqələr iqtisadi sahədə, biznes sahəsində yaxşı nəticələr əldə olunmasına kömək edir. Sizin ölkənizin əksər şirkətləri Azərbaycanda müxtəlif layihələrdə fəal iştirak edirlər. Həmçinin əminəm ki, Sizin səfəriniz ikitərəfli münasibətlərimizə yeni təkan verəcək və faydalı olacaq.

Koreyanın Baş naziri Çanq Honqvon bu səfərə böyük önəm verdiyini bildirmiş və qeyd etmişdir ki, çünki Azərbaycan Qafqaz mədəniyyətinin, həmçinin Xəzər regionunun mərkəzidir: “Cənab Prezident, mən Sizinlə görüşməyimə şadam və səmimi qəbula görə çox sağ olun. Mən bilirəm ki, Sizin atanız Heydər Əliyev sürətli iqtisadi yüksəlişə nail olub və Siz də çox parlaq nəticələrə nail olursunuz”.

Baş nazir Çanq Honqvon: “Azərbaycan Sizin parlaq rəhbərliyiniz altında möhkəm siyasi sabitlik əsasında gur inkişaf yolu keçir. Sizin prezidentliyiniz dövründə ölkənizin gəlirləri 10 dəfə artıb və bunu Azərbaycanın möcüzəsi hesab etmək olar. Buna görə də Sizə böyük hörmətimi bildirmək istərdim. Biz diplomatik münasibətlərimizi 20 il əvvəl qurmuşuq. Bu, qısa müddətdir. Buna baxmayaraq bizim münasibətlərimiz sürətlə inkişaf edir” – deyə qeyd etmişdir.

Görüşdə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında infrastruktur, energetika, inşaat, informasiya texnologiyaları, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

DİGƏR Xəbərlər Arxiv