YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü dövlətin ekologiya siyasətinə, ətraf mühitin sağlamlaşdırılmasına, yeni yaşıllıqların salınmasına ideal töhfədir”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Mehriban xanım Əliyevanın bu təşəbbüsü ictimaiyyət  tərəfindən yüksək qiymətləndirilib: “Çünki, bu günə qədər Heydər Əliyev Fondunun xətti ilə ölkəmizdə böyük ekoloji layihələr reallaşdırılıb. Hətta, Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək” layihəsi, eləcə də, Heydər Əliyev Fondunun I vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə İDEA-nın “abad məhəllələr” salması, yaşıllığa xüsusi diqqət yetirməsi, ağacəkmə kampaniyaları təşkil etməsi Azərbaycan ekologiyasının zənginləşdirilməsində mühüm rol oynayıb. Bu mənada bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü də ekologiyanın sağlamlaşdırılmasına daha bir sanballı töhfə olacaq".

Sədaqət Vəliyeva vurğulayıb ki, bu aksiya dahi sənətkarın xatirəsinin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyacaq, həmçinin bu təşəbbüs Nəsimi irsinin daha geniş təbliği ilə yanaşı, ölkəmizin yaşıllıqlar diyarına çevrilməsinə, ətraf mühitin mühafizəsinə, hava məkanının sağlamlaşdırılmasına və iqlimin yaxşılaşdırılmasına böyük təkan verəcək.