YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir

“Dünya dini liderlərinin II Sammitinin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir”. Bu fikri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, bu gün beynəlxalq təşkilatlar, aparıcı demokratik dövlətlər Azərbaycanda dinə olan münasibəti, ayrı-ayrı dinlərin mehriban münasibətlər şəraitində yaşamasını xüsusi qeyd edirlər. Onun fikrincə, bu Sammitin Azərbaycanda keçirilməsi nəticəsində din xadimləri bir çox vacib məsələləri - dünyada dinə olan münasibəti, dindən siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməsini, ən əsası isə dinin bu gün bəşəriyyət qarşısında duran problemlərin həllində oynaya biləcəyi rolları ciddi şəkildə müzakirə edə biləcəklər: "Bu tədbirin keçirilməsi həm də dünya din xadimlərinin Azərbaycanı bir daha yaxından tanımasına səbəb olacaq. Sammit iştirakçılarının əksəriyyəti ölkəmizdə olub. Amma iştirakçıların bir qismi Azərbaycanın müstəqil dövlət quruculuğunu, dövlətin insanların probleminə olan yanaşmasını, ölkəmizdə dinə olan münasibəti, dini ayinlərin keçirilməsinə dövlətin münasibətini bir daha görəcəklər”.

DİGƏR Xəbərlər Arxiv