YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Müsavat Partiyasının rəhbərliyi Azərbaycanın adına ləkə gətirəcək addımlarla bağlı öz mövqeyini bildirməlidir

“Bu gün özünü müxalifət kimi təqdim edən siyasi qruplaşmalar özlərinin tənqid, təhqir etdikləri işlərlə məşğuldular”. Bu fikri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, demokratiyadan, azadlıqdan dəm vururlar, özlərini azadlıq aşiqi kimi təqdim edirlər, amma bütün addımları və davranışları məhz qanunun əleyhinə yönəlib.  Onun sözlərinə görə, bu günlərdə Almaniyada bir qrup Azərbaycanlı mühacir saxlanıb.

“Məlum olub ki, onların fəaliyyəti miqrantları daşımaq, onlara siyasi sığınacağın təmin edilməsindən ibarətdir. Həmin o azərbaycanlıların içərisində bugünkü Azərbaycan müxalifəti olan Müsavat Partiyasının üzvləri də var. Bu günlərdə həmin partiyanın qanunsuz piket keçirməyə cəhd etməsi də cəmiyyətimizə bəllidir. Onların əsas şüarları məhz demokratiya, insan haqları, qanunun aliliyi ilə bağlıdır. Sual çıxır ki, bunlar niyə öz üzvlərinə münasibətdə dediklərini tətbiq etmirlər? Müsavat Partiyasının üzvləri nəinki Azərbaycanda, hətta Avropada da qanunun aliliyinin əksinə, demokratiyanın ziddinə, insan hüquq və azadlıqlarının əksi olan fəaliyyətlərlə məşğuldurlar. Budurmu onların demokratiya ilə bağlı düşüncələri?... Bütün bu faktları xalqımız görür. Yeritdikləri siyasət dediklərinin tam əksinədir. Hesab edirəm ki, Müsavat Partiyasının rəhbərliyi Azərbaycanın adına ləkə gətirəcək addımlarla bağlı öz mövqeyini bildirməlidir, Azərbaycan ictimaiyyətinə açıqlama verməlidir”-deyə, deputat qeyd edib.