YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Süleymanov: Ölkəmizin müsbət reallıqları, inkişaf meylləri gələn ilin büdcə proqnozlarının müəyyənləşdirilməsinə də öz müsbət təsirini göstərib

“Ölkəmizdə Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti sayəsində sosial-iqtisadi inkişafın yüksək səviyyədə təmin edilməsi,  makroiqtisadi sabitliyin qorunması öz növbəsində büdcə parametrlərinin ilbəil daha da yaxşılaşmasını şərtləndirib. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi də bu baxımdan istisna deyil”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

T.Süleymanov bildirib ki, gələn ilin  büdcə layihəsi ölkəmizdə sabitliyin, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da vurğulandığı kimi, xalqın hakimiyyətə inamının artdığı, makroiqtisadi sabitliyin qorunduğu, bütövlükdə cəmiyyətimizin yeniliklərə kökləndiyi bir şəraitdə hazırlanıb. Onun sözlərinə görə, Azərbaycan son illərin ən yaxşı inkişaf göstəricilərini məhz 2019-cu ilin arxada qalan dövrü ərzində qazanıb.

“Təbii ki, ölkəmizin müsbət reallıqları, inkişaf meylləri gələn ilin büdcə proqnozlarının müəyyənləşdirilməsinə də öz müsbət təsirini göstərib. Deyə bilərik ki, təqdim olunan proqnozlar ölkəmizin sosial-iqtisadi inkişaf dinamikasına adekvatdır. Layihədəki rəqəmlərdən də göründüyü kimi, 2020-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixində ən irihəcimli büdcədir.

Sənəddə 2020-ci il dövlət büdcəsinin gəlirləri  nominal ifadədə 24 milyard 135 milyon manat nəzərdə tutulub.  Başqa sözlə desək, dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 29 faizi həcmində olacaq. Müqayisə etsək, görərik ki, 2020-ci ilin dövlət büdcəsi cari ilin büdcəsindən 967 milyon manat və ya 4,2 faiz çoxdur. Eyni zamanda, 2020-ci il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 32,3 faizi səviyyəsində və ya 26 milyard 914 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 milyard 724 milyon manat və ya 6,8 faiz artım deməkdir”-deyə, T.Süleymanov vurğulayıb.