YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzəcan Xəlilov: Gələn ilin dövlət büdcəsində qeyri-neft sektoruna verilən üstünlük xüsusi olaraq nəzərə çarpır

“2020-ci ilin dövlət büdcəsi sosialyönümlü olması ilə diqqəti cəlb edir. Eyni zamanda, büdcədə qeyri-neft sektoruna verilən üstünlük xüsusi olaraq nəzərə çarpır”. Bu fikirləri Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

M.Xəlilov bildirib ki, təmsil etdiyi  Sumqayıt şəhərində Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər ərzində baş verən müsbət dəyişikliklər göz qabağındadır. Sumqayıtda atılan bütün addımlar təqdirəlayiqdir. Onun sözlərinə görə, əhalinin rifahı naminə kifayət qədər sosialyönümlü işlər həyata keçirilib. Evlərin dam örtüyü dəyişdirilib, yeni liftlər quraşdırılıb, məhəllədaxili küçə və səkilər abadlaşdırılıb.

“Sumqayıtda çoxlu sayda iş yerləri yaradırılıb. Dəniz kənarında bulvar istifadəyə verilib, Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının binası, Kimyaçılar Sarayı, Sumqayıt Dram Teatrı, Musiqi məktəbi və sairə. Sumqayıtda qeyri-neft sektoruna təkan verəcək kifayət qədər yeni müəssələr açılıb. Artıq yeni müssələr istehsala başlayıb, məhsulları ixrac edilir”-deyən deputat gələn ilin dövlət büdcəsi ilə bağlı bəzi təkliflər verib. O, Corat qəsəbəsində yeni uşaq baxçasının tikilməsinin zəruriliyini vurğulayıb. M.Xəlilov həmçinin, ekologiyanın, ətraf mühitin mühafizəsi ilə bağlı tkliflər verib.