YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Mirzəliyev: 2005-2019-cu illərdə 2700-dən artıq istilik təhcizatı sistemi ilə bağlı layihələr icra olunub

“2005-2019-cu illərdə 170 istilik mənbəyi yaradılıb, 109 köhnə tipli qazanxana müasirləşdirilib, 57 istilik məntəqəsi müasir qazanxanaya çevrilib, 300-ə yaxın qazlaşma layihəsi icra edilib, 1900-dən artıq yaşayış binasında, 400-dən artıq təhsil və səhiyə müəssisələrində istilik sistemi bərpa edilib”. Bu barədə “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında bildirib.

İ.Mirzəliyev bildirib ki, ümumilikdə, bu illər ərzində 2700-dən artıq istilik təhcizatı sistemi ilə bağlı layihələr icra olunub. Bunun nəticəsidir ki, bu gün Bakı şəhəri və respublikanın regionlarında 600-ə yaxın qazanxana istismar edilməklə 3800 yaşayış binası, 291 məktəb, 150 uşaq baxçası, 159 səhiyyə müəssisəsi və 1300-dən artıq digər sosial obyektlər “Azəristiliktəhcizat” ASC-nin xidmət sahəsinə daxil olmaqla istiliklə təmin edilir.

DİGƏR Xəbərlər Arxiv