YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan inkişaf edən dövlət kimi idman sahəsində böyük uğurlar əldə edir

«Azərbaycanda beynəlxalq idman tədbirləri yüksək səviyyədə keçirilir. Bu tədbirlərin  Bakı şəhərində təşkilinin ənənəvi hal alması, ölkəmizdə yüksək səviyyədə yarışların keçirilməsi beynəlxalq Olimpiya ailəsində böyük inam yaradıb». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının Bakı şəhərində keçirilməsi bütün bunlara sübtdur. Onun sözlərinə görə, həmin mötəbər toplantıda Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı ölkəmizin idman sahəsində qazandığı nailiyyətləri xüsusi olaraq vurğulayıb.

«Təbii ki, bu nailiyyətlər məhz Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində qazanılıb. Ümumilikdə, Azərbaycan inkişafda olan bir dövlət kimi idman sahəsində də böyük uğurlar əldə edir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə bundan qaynaqlanır. Şübhəsiz ki, Azərbaycan gələn il keçiriləcək bu mötəbər idman tədbirini uğurla keçirəcək və dünyaya göstərəcək ki, müstəqil, dinamik inkişaf edən Azərbaycan belə möhtəşəm tədbirləri həmişə uğurla reallaşdırmaq əzmindədir»- deyə, R.Əliyev qeyd edib.