YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib (VİDEO)

7 noyabr 2019-cu il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti, YAP Nərimanov rayon və YAP Xətai rayon Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Günü ilə əlaqədar Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində tədbir təşkil edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıldı. Daha sonra Bayraq gününə həsr olunmuş video çarx qonaqlara təqdim olundu.

Tədbirdə Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Nərimanov rayon Təşkilatının sədri Təmraz Tağıyev, Qara Qarayev adına 8 saylı Musiqi Məktəbinin direktoru Əziz Qarayusifli, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Gənclər Birliyinin ofis rəhbəri Elmar Məmmədov və fəal gənclər iştirak etmişlər.

Milli Məclisin deputatı Hikmət Babaoğlu və YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək 1990-cı ildə ölkəmizdə baş verən hadisələrdən, 70 ildən sonra üçrəngli bayrağımızın xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul olunmasından, Azərbaycan Ali Soveti qarşısında bununla bağlı vəsatət qaldırılmasından danışıblar.

Xüsusi ilə diqqətə çatdırılıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu mühüm dövlət atributu ilə bağlı mühüm qərarlar qəbul edib. Belə ki, dövlətimizin başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Dövlət Bayrağı Günü təsis olunub, 2010-cu ilin sentyabrında isə möhtəşəm Dövlət Bayrağı Meydanı yaradılıb. Üçrəngli bayrağımız bu gün dünyanın 70-ə yaxın ölkəsində Azərbaycanın müxtəlif statuslu diplomatik nümayəndəlikləri üzərində dalğalanır. Beynəlxalq tədbirlərdə, idman arenalarında qaldırılır və bu, hər bir soydaşımızın qəlbini iftixar hissi ilə doldurur. Xalqımızın ən böyük arzusu bayrağımızın Xankəndində, Şuşada və işğal olmuş digər rayonlarımızda dalğalanmasını görməkdir.

YAP Nərimanov rayon Gənclər Birliyinin sədr müavini Vüsal Əliyev və YAP Xətai rayon Gənclər Birliyinin sədri Orxan Bayramov çıxış edərək Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını qeyd ediblər

Daha sonra tədbir bədii hissə ilə davam etmişdir.