YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Nikol Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi Ermənistanın işğalçı olduğunu bir daha sübut edir

“Nikol Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi Ermənistanın işğalçı olduğunu bir daha sübut edir. Dünyanın heç bir ölkəsi Dağlıq Qarabağın “müstəqilliyini”  tanımır, onu yalnız Azərbaycanın sərhədləri daxilində tanıyırlar”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, Qoşulmama Hərakatında iştirak edən 120 dən çox ölkənin rəhbərlərinin imzası ilə verilən bəyanatla bir daha Azərbaycanın ərazi bütövlüyü tanındı. Onun sözlərinə görə, Ermənistan daxilində vəziyyət getdikcə ağırlaşdığından Paşinyanın nüfuzuda azalır. Xalqın qəzəbi artır. Vəziyyəti yumşaltmaq üçün sərsəm bəyanatlar yaymaqla vəziyyəti bərpasına çalışır. Son vaxtlar dünya ölkələridə başa düşür ki, Paşinyan hiyləgər və faşist təfəkkürlü yarımçıq siyasətçidir.

 

 

DİGƏR Xəbərlər Arxiv