YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bələdiyyələrlə bağlı bir sıra qanunlara dəyişikliklər müzakirə edilib

Noyabrın 25-də Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib.

İclasın gündəliyində “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında”, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələrinin müzakirəsi olub.

Komitənin sədri Arif Rəhimzadə deyib ki, qarşıdan gələn bələdiyyə seçkiləri ərəfəsində adı çəkilən qanunlara edilməsi nəzərdə tutulan bir sıra texniki xarakterli dəyişikliklər bələdiyyələrin fəaliyyətində maliyyə, vergi məsələləri ilə bağlı mənfi halların qarşısının alınması məqsədini daşıyır.

Bildirilib ki, qanunvericilikdə yerli vergi və ödənişlərin banklar, poçt rabitəsi, milli operatorlar, mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilməsi, bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbulunun qadağan edilməsi ilə bağlı dəyişikliklər edilib.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

DİGƏR Xəbərlər Arxiv