YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Qərbi Azərbaycan əyalətinin rəhbəri: Dağlıq Qarabağ münaqişəsi İran üçün də problemdir

"Biz təcavüzü dəstəkləmirik və arzumuz budur ki, Dağlıq Qarabağ azad olunsun". Bunu İranın Qərbi Azərbaycan əyalətinin başçısı Qulaməli Səadət bu ölkədə səfərdə olan azərbaycanlı jurnalistlərlə görüşündə deyib.

Q.Səadət bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi İran üçün də problemdir: "Bu vəziyyət bizi də narahat edir. Heç bir qonşu razı olmaz ki, iki qonşusu bir-biri ilə dava etsin. Azərbaycan və Ermənistan bu məsələni həll etməlidir. Təəssüflər olsun ki, bu proses uzanır. Bizim də hökumətimiz münaqişənin həlli istiqamətində əlindən nə gəlirsə, addım atmağa hazırdır. Xalqlar bir-biri ilə dostluqlarını, münasibətlərini pozmamalıdır. Bir acı tarixi keçmiş var. Bir sıra şəxslər insan cildində, insan layəqətinə sığmayan hərəkətlər edirlər, cinayətlər törədirlər. Onların bu hərəktlərinin izləri tarixdə qalır. Bir neçə illərdən sonra, gələcəkdə onların övladları yaxşı davranarlarsa, cinayət törətməyən insandan qisas almaq düzgün olmaz. Başqa sözlə, ataların törətdikləri əmələ görə, övladdan qisas almazlar”.

 

DİGƏR Xəbərlər Arxiv