YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Neftçala rayon təşkilatı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlıqlarını davam etdirir

Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlıqlarını davam etdirir. Təşkilatdan verilən məlumata görə, rayon ərazisində mövcud 17 bələdiyyə və 163 bələdiyyə üzvü yeri var ki, bunların da hər birinə YAP üzvlərinin namizədliyi irəli sürülüb. Namizədliyi irəli sürülən 163 nəfərin 37 faizi gənclər, 38.7 faizi isə qadınlardır. Səsvermə günü rayondakı 60 və 61 saylı Dairə Seçki komissiyalarında 45 seçki məntəqəsi fəaliyyət göstərəcək.