YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Finlandiyanın Dövlət Teleradio Şirkəti Azərbaycandakı qaçqın və məcburi köçkünlərlə bağlı veriliş hazırlayır

Finlandiyanın Dövlət Teleradio Şirkətinin (YLE) çəkiliş qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə analitik-sənədli veriliş hazırlayır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycana gələn işçi qrupuna geniş məlumat verilib.
Fin jurnalistlərə 1988-1993-cü illərdə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün nəticələrini əks etdirən xəritə üzərində jurnalistlərə Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, yaranma səbəbləri, bu münaqişə nəticəsində Dağlıq Qarabağdan və ətraf rayonlardan didərgin salınan soydaşlarımızın problemləri, onların həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər barədə, o cümlədən,  XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəyən maddi və mənəvi zərər barədə də məlumat verilib.

 

DİGƏR Xəbərlər Arxiv