YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Seyidzadə: Azərbaycan gənclər siyasəti ölkə gəncliyinin kompleks inkişafını və uğurlarını vəd edir

«Bu gün Azərbaycanın gənclər siyasəti dünyada uğurlu təcrübə kimi qəbul olunur. Əlbəttə, bu ifadə son illərdə Azərbaycan Respublikasının gənclər sahəsində əldə etdiyi uğurlarda öz təsdiqini tapır. Tədricən Azərbaycan gənclərinin və gənclər təşkilatlarının beynəlxalq gənclər platformalarının idarəetmə prossesində iştirakı artır. Bu da Azərbaycanın maraqlarının beynəlxalq səviyyədə təmsil olunmasına imkan yaradır». Bu fikirləri Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə deyib.

Ş.Seyidzadə bildirib ki, əsası Ümummilli Lider  Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət  gənclər siyasəti Azərbaycanda bütün sahələri əhatə edən silsilə islahatların bir istiqamətidir. Onun sözlərinə görə, bu siyasət dövlət qurumları, gənclər təşkilatları və biznes qurumlarının birgə fəaliyyəti ilə həyata keçirilən kompleks tədbirləri əhatə edir. İnkişaf qəfil baş vermir, bu tədricən baş verən bir prossesdir.

«Azərbaycan gənclər siyasəti də ölkəmizdə gənc nəsilin inkişafına zəmin yaradır və kompleks təsir göstərir. Sözsüz ki, Azərbaycan gəncliyinin dayanıqlı inkişaf tempi, gənclərlə bağlı dövlət strategiyası və uğurla həyata keçirilən Azərbaycan gənclər siyasəti ölkə gəncliyinin kompleks inkişafını və uğurlarını vəd edir»- deyə, Ş.Seyidzadə qeyd edib.