YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Raket və artilleriya bölmələri döyüş atışları icra edib

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq, təlim mərkəzlərində və poliqonlarda minaatan, artilleriya, reaktiv və tank əleyhinə batareyalarla döyüş şəraitinə maksimal yaxın şəraitdə döyüş atışlı taktiki təlim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərdə kəşfiyyat bölmələri, PUA və digər bölmələrin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə döyüş uzlaşması tədbirləri icra olunub.

Bölmələr şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə zərbələr endirməklə qarşıya qoyulan məqsədlərə nail olublar.