YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 62 dəfə pozub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 62 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistanın Berd rayonunun Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Tovuz rayonunun Əlibəyli, Ağdam, Hacıalılı kəndlərindəki mövqelərini atəşə tutublar. Ordumuzun Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndlərindəki mövqeləri də İcevan rayonunun Paravakar və Berkaber kəndlərində yerləşən düşmən mövqelərindən atəşə məruz qalıb. Ermənilər Noyemberyan rayonunun Barekamavan və Donex kəndlərində yerləşən mövqelərdən isə Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində yerləşən mövqelərimizə atəş açıblar.
Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Mərzili, Şıxlar, Baş Qərvənd, Kəngərli, Sarıcalı, Cəvahirli, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.