YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Zəngilan rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb

Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi bəyanat yayıb.

Bəyanatı “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov Ermənistan dövlətinin yürütdüyü təcavüzkar siyasət artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir. XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olmuşdur.

26 il əvvəl – 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının cənub-qərb rayonlarına genişmiqyaslı hücuma keçdi. Ermənistan ordusunun bu hücumda başlıca məqsədi Azərbaycan Respublikasının Zəngilan rayonunu ələ keçirmək, bununla da Azərbaycanın cənub-qərb hissəsinin tamamilə işğal olunmasını başa çatdırmaq idi. Nəticədə, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində 707 km² sahəsi, 32,6 min nəfər əhalisi, 1 şəhər, 1 şəhər tipli qəsəbə və 81 kənddən ibarət olan Azərbaycanın Zəngilan rayonu bütünlüklə işğal edildi. Hazırda Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən 7 rayondan biri kimi Zəngilan rayonu da Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.