YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyi üçün regiondakı layihələrdən məhrum olub

ABŞ-ın vitse-prezidenti Cozef Baydenin iştirakı ilə İstanbulda keçirilən Atlantik Şurası Enerji və İqtisadi Zirvəsində çıxış edən Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin nəticələri və təcavüzkar tərəfin regionda yaratdığı problemlər barədə iştirakçılara ətraflı məlumat verib.
Baş nazir diqqətə çatdırıb ki, çoxları Bakı - Tbilisi - Ceyhan layihəsinin gerçəkləşəcəyinə inanmırdı. Lakin bu sülh və inkişaf boru xətti həyata keçirildi və onun fəaliyyətə başlaması Azərbaycan, Türkiyə və Gürcüstana böyük mənfəət verməyə başladı. Ermənistan isə Azərbaycan torpaqlarının iyirmi faizini işğal etdiyi və bu təcavüzkar siyasətini israrla davam etdirdiyi üçün regiondakı iqtisadi layihələrdən məhrum olub.