Xəbərlər
Qananın Prezidenti Nana Akufo-Addo Azərbaycana səfərə gəlib

Qana Respublikasının Prezidenti Nana Akufo-Addo Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.
Prezident Nana Akufo-Addonu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.