YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində nazirlərin hazırlıq toplantısı başa çatıb

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü çərçivəsində nazirlərin hazırlıq toplantısı başa çatıb.

Görüşə yekun vuran Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov iki gün ərzində səmərəli iş görüldüyünü, çox məhsuldar müzakirələr aparıldığını vurğulayıb. İnteraktiv müzakirələr zamanı maraqlı çıxışları dinlədik və bu müzakirələr bir daha əyani şəkildə göstərdi ki, Qoşulmama Hərəkatı beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayır. Sizinlə razılaşdırdığımız hərtərəfli sənədlərdə bu baxımdan bir neçə vacib məqam yer alır.

“Bu gün çoxtərəflilik heç vaxt olmadığı qədər vacibdir və bu dəyərli çərçivəni qorumaq bizim məsuliyyətimizdir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq, çoxtərəfli əməkdaşlığın əsas hərəkətverici qüvvələrindən biridir. Bu hörmətli Hərəkatın sədrliyini üzərimizə götürməkdən və onun qarşıdan gələn uğurlarına töhfəmizi verməkdən qürur duyuruq. İnanırıq ki, bu Zirvə və sədrliyimiz boyunca sizin dəstəyinizlə Hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu gücləndirə biləcəyik. Bundan əlavə, inanırıq ki, sədrliyimiz Qoşulmama Hərəkatının üzvü olmayanlarla əməkdaşlıq çərçivəsi qurmağa kömək edəcək”,- deyə nazir vurğulayıb.