YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: YAP ölkə gənclərinin intellektual potensialını öz ətrafında toplayıb

«22 il öncə partiyamızın  yaranması Azərbaycan xalqının mənəvi istəyinin reallaşması idi. 1992-ci ilin noyabr ayında Ümumilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası  qısa bir zaman kəsiyində gördüyü işlər sayəsində xalqımızın etimadını qazanaraq, ən mütərəqqi Azərbaycan ziyalılarını ətrafına toplamağı bacardı». Bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, Azərbaycan vətəndaşları Yeni Azərbaycan Partiyasına  ümid mənbəyi kimi baxırdılar.Onun sözlərinə görə, Partiya liderinin vətənpərvərliyi, təəssübkeşliyi, məntiqi mühakimə aparma bacarığı, qayğıkeşliyinin nəticəsi kimi xalqımız liderinin ətrafında sıx toplaşmağa başladı.

«Azərbaycan xalqı gerçək liderin hansı xüsusiyyətlərə malik olmalı olduğunu anladı.Və xalqımızın təkidli tələbi nəticəsində Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətin layiqli rəhbəri olaraq, ölkəmizin uğur formulunun əsasını qoydu.Bu gün də bu uğurlu siyasət ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən davam etdirilərək, xalqımızın inamını qazanmaqda davam edir.  Biz, ölkə gənclərinin mütləq  intellektual potensialını ətrafına toplayan YAP Gənclər Birliyi  olaraq, hər zaman ölkə Prezidentinin daxili və xarici siyasətini dəstəkləyir və bundan sonra da bu siyasətin  uzun müddət yaşaması üçün bacardığımızı etməyə hazırıq»- deyə, S.Orucov vurğulayıb.