YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hüseynbala Mirələmov: Ölkədə qarşıdurma yaratmaq istəyən qaragüruha çirkin niyyətlərini reallaşdırmağa əsla imkan verilməyəcək

Hüseynbala Mirələmov,

YAP Xətai rayon təşkilatının sədri,  Milli Məclisin deputatı

Oktyabrın 19-da Bakıda qanunazidd şəkildə küçə yürüşü keçirən, sabitliyi və asayişi pozmağa yönəlmiş davranışlar nümayiş etdirən, vətəndaş qarşıdurması yaratmağa cəhd göstərən,  özünü müxalifət adlandıran radikallar qətiyyən öz istədiklərinə nail olmayacaqlar. Bu təxribat cəhdi bir daha sübut etdi ki, Əli Kərimli psixopat və siyasi avantüristdir. Onun yeganə məqsədi də xaricdə mənşəyi dəqiq bəlli olmayan anti-Azərbaycan qüvvələrdən aldığı qrantların miqdarını artırmaqdır.  Əli Kərimli 50 nəfərlik dəstəsi ilə Azərbaycanda bərqərar olan ictimai-siyasi sabitliyi pozmağa qətiyyən qadir deyil. Əli Kərimlinin uzun illərdir “müxalifətçilik-müxalifətçilik” oyunu kameralara hesablanmış komik bir farsdan başqa bir şey deyil. İsterik bir şəkildə “azadlıq” deyə bağıran bu liderciyəzin zaman-məkan qavramı ilə deyəsən, əməlli –başlı problemi var. Buna heç olmasa, ətrafındakı tək-tük tərəfdarlarından biri başa sala bilmirmi ki, Azərbaycanda çoxdan suveren dövlət qurulub, azadlıq da bərqərar olub.

Sosial şəbəkələrdə Əli Kərimlinin hər qolundan bir tərəfdarı asılmış vəziyyətdə  olan psixoloji gərginlik anındakı isterik bir vəziyyətdə olduğu fotolarına baxarkən vaxtilə xalqın təkidi ilə hakimiyyətə gəlib milləti və dövləti bu üzdəniraqlardan xilas etmiş Ulu Öndərin ruhuna bir daha rəhmət oxudum, cənab Prezidentimizə  bir daha Tanrıdan uzun və sağlam ömür dilədim. Ki, xalqımızı  zaman-zaman belə avantüristlərdən və siyasi oyunbazlardan qoruyub dövlətimizi  öz tarixinin ən güclü Azərbaycanına çeviriblər.

İcazəsiz 19 oktyabr aksiyası Əli Kərimlinin və onun məhdud çevrəsinin siyasi aqoniyası idi. Özünü “müxalifət lideri” adlandıran Əli Kərimli hər  uğursuz aksiyadan sonra təkrar-təkrar öz mənəvi ölümünü gerçəkləşdirir. Fiaskoya uğrayan qanunsuz 19 oktyabr yürüşü ilə Əli Kərimlinin sonuncu mənəvi-psixoloji ölümü baş verdi. Əli Kərimli qeyri-adekvat hərəkətləri və psixopat davranışları ilə olan- qalan guya “müxalifət lideri” reputasiyasını da yerlə bir etdi, eyni zamanda həm qəhrəman , həm də məzlum qurban rolunu uğrusuz formada oynamağa cəhd edərək özü öz mütləq siyasi iflasını reallaşdırdı.

Həftəsonu icazəsiz şəkildə insanların daha qələbəlik olduğu yerləri hədəf seçməyə cəhd göstərərək vətəndaşlarımızın rahatlığını pozan qaragüruh qrupun təxribatlarının qarşısı qəhrəman polisimiz tərəfindən rəşadətlə alındı. Dünyanın ən inkişaf etmiş ölkələrinin polisinə belə  örnək olan Azərbaycan polisi radikalların qəsdən qarşıdurma yaratmaq cəhdlərinə belə öz humanistlikləri ilə cavab verməklə yanaşı, asayişi və ictimai sabitliyi  tez bir zamanda ən yüksək səviyyədə bərpa etdi. 

Aydın məsələdir ki, Əli Kərimli və onun  məhdud dəstəsi niyə məhz bu ərəfələri öz iyrənc təxribatları üçün  zamanlayıblar. Çünki məhz bu günlərdə Azərbaycanın dövlət başçısı İlham Əliyevin Soçidə baş tutan  “Valday” beynəlxalq diskussiya klubunda və Aşqabadda MDB dövlət və hökumət başçılarının növbəti toplantısında beynəlxalq ictimaiyyət qarşısında qətiyyətli, prinsipial çıxışından  sonra  bütün dünya Prezidentimizin Ulu Öndər siyasi kursunun layiqli davamçısı və güclü lider olduğunu bir daha gördü.

Məhz buna görə də bu ərəfələrdə Azərbaycanın inkişafını, xalqın rifahını gözü götürməyən anti-Azərbaycan qüvvələrin əlində maşa rolunu oynayan əlikərimlikimilər təxribatlar törətmək üçün ortalığa düşüblər.  

Mən üzümü xarici ətəklərdən asılan bu destruktivlərə tutaraq demək istəyirəm ki , bu ölkə artıq  1992-ci ilin Azərbaycanı deyil, xalqımız  və dövlətimizin güc strukturları respublikada qarşıdurma yaratmaq istəyən qaragüruha öz çirkin  niyyətlərini reallaşdırmağa əsla imkan verməyəcək.  İnsanları anti-konstitusion yollarla vətəndaş qarşıdurmasına çağıran cinayətkarlar isə qanun qarşısında cavab verməli olacaqlar. Xalqımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gerçəkləşən islahatları, misilsiz inkişaf dinamikasını, vətəndaşların rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən işləri yüksək dəyərləndirir. Millətimiz  böyük səs çoxluğu ilə Prezident seçdiyi cənab İlham Əliyevin ətrafında bundan sonra daha da sıx birləşərək dövlətimizi, suverenliyimizi, sabitliyimizi və rifahımızı –bütövlükdə Azərbaycanımızı qorumaq üçün bütün gücüylə səfərbər olacaq.  

DİGƏR Xəbərlər Arxiv