YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib.

 Görüşdə bir sıra məsələlər müzakirə olunub və fikir mübadiləsi aparılıb.

Görüşü YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev açaraq, görüşün çox əlamətdar bir günə oktyabrın 18-i Azərbaycanın Müstəqillik Gününə təsadüf etdiyini vurğulayıb. Bildirib ki, XX yüzilliyin sonlarında sovetlər birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

AMEA Gəncə bölməsinin akademik katibi Fuad Əliyev çıxışında tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir: Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə edir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi.

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov bildirib ki, məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırıb.

Daha sonra Naqif Həmzəyev çıxışında qarşıdan gələn bələdiyyə seçkilərinə toxunub, seçkilərin tarixindən və yüksək əhəmiyyətindən danışıb. Seçkilərlə əlaqədar ilk partiya təşkilatlarında uçot-dəqiqləşdirmə işlərinin mütəmadi və operativ olaraq aparılmasının vacibliyini qeyd edən millət vəkili partiya üzvləri ilə daim ünsiyyətin saxlanılmasının və onlarla birgə layihələrin, tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.

Millət vəkili Naqif Həmzəyev Ulu Öndər Heydər Əliyevin "Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir"sözləri ilə tədbirə yekun vurub.

DİGƏR Partiya xəbərləri Arxiv