YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib.

İclası giriş sözü ilə açan sahibkar  Aytən Quliyeva  16 may 2019-cu il tarixində istifadəyə verilmiş "Diamed" şpris istehsalı zavodunun ölkəmizdə qeyri-neft sektorunun inkişafının bariz nümunəsi olduğunu vurğuladı. Bildirildi ki, İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir. Dövlətimizin başçısının sənayenin inkişafı ilə bağlı strateji xəttinə uyğun olaraq, ölkəmizdə həyata keçirilən genişmiqyaslı sənayeləşmə siyasəti nəticəsində rəqabətqabiliyyətli və ixracyönümlü yüzlərlə yeni sənaye müəssisəsi yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib, beləliklə, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxışında qeyd etdi ki, 1992-cil noyabrın 21-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanmışdır. Bildirildi ki, bu gün siyasi baxışlarından asılı olmayaraq hamı etiraf edir ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindəndir. Yaranmış sabitlik  imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. Dünya birliyinə sürətlə inteqrasiya edən gənc, müstəqil Azərbaycan hüquqi dövlət quruculuğu sahəsində mühüm islahatlar həyata keçirir. Ölkə vətəndaşlarının hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, insanların sosial-rifah halının daha da yaxşılaşdırılması, gənclərə diqqət və qayğı həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqamətlərindəndir. Çıxışınnın sonunda Hikmət Şikarov Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının fəaliyyətindən danışaraq qeyd etdi ki, Pirallahı rayonunun ictimai-siyasi həyatında, mədəni-kütləvi tədbirlərin keçirilməsində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı öz aktivliyi ilə seçirilir. "Diamed" şpris istehsalı zavodunun bir qrup əməkdaşının müraciəti əsasında yaradılan ilk partiya təşkilatının üzvlərinə  qarşıda gələn Bələdiyyə seçkilərində fəal iştirak etməsi tövsiyyə olundu.

Səsvermə yolu ilə "Diamed" şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova YAP Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının sədri,  "Diamed" şpris istehsalı zavodunun icraçı direktoru Nurəddin Abbasov isə ilk partiya təşkilatı sədrinin müavini seçildilər.

"Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının sədri Samirə Hüseynova və "Diamed" şpris istehsalı zavodunun icraçı direktoru Nurəddin Abbasov çıxış edərək onlara göstərilən yüksək etimada görə Konfrans iştirakçılarına minnətdarlqlarını bildirdilər.

Konfransın sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov yeni yaranmış ilk partiya təşkilatının üzvlərini təbrik edərək siyasi fəaliyyətlərində uğurlar arzuladı.

 

DİGƏR Partiya xəbərləri Arxiv