YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib

“10 il əvvəl Naxçıvanda əsası qoyulan Türk Şurasının əsas hədəfi bu birliyin gücləndirilməsi, möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsidir”. Bu fikir Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, bu birlik fəaliyyət göstərdiyi illər ərzində ölkələrarası əməkdaşlığı inkişaf etdirərək iqtisadi, siyasi və mədəni əlaqələri genişləndirmişər. Onun sözlərinə görə,  türkdilli dövətlərin əməkdaşlıq şurasının VII Zirvə Görüşü əsasən kiçik və orta sahibkarlığın inkişafına həsr olunmuşdur.

“Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də türkdilli dövətlər arasında regional və beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsidir. Ölkəmiz türkdilli dövlətləri birləşdirən tarixi ipək yolunun əsas coğrafi mövqeyində yerləşməklə bu ölkələrin Avropaya çıxışını təmin etmək məqsədilə bir sıra layihələr həyata keçirmişdir. Bu layihələrin hamısı reallaşdıqca türkdilli dövlətlərin iqtisadiyyatına və əməkdaşlığına mühüm töhvə verəcəkdir. Ölkələrarası əməkdaşlıq inkişaf etdikcə xalqlararası əməkdaşlığa çevrilir”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv