YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Oyunları Azərbaycanın dünya idmanına töhfəsi hesab olunacaq

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax noyabrın 20-də jurnalistlərə müsahibəsində deyib ki, Avropa Oyunları Azərbaycanın dünya idmanına töhfəsi hesab olunacaq.
Azərbaycana ilk səfəri ilə bağlı təəssüratlarını açıqlayan və “Bakı-2015”in hazırlıqları barədə danışan Tomas Bax deyib: “Bakıya ilk dəfə səfər edirəm. Paytaxtla bağlı təəssüratlarım böyükdür. Həqiqətən də Azərbaycanda çox böyük inkişaf gedib. Mən bu bərədə eşitmişdim. Amma bu inkişafı öz gözümlə görə bildim. Azərbaycanda idmana olan diqqət və onun inkişafı da məni çox sevindirdi. Bu baxımdan ölkənizə gəlməyi çox vacib hesab etdim. Gördüklərimə əsasən qeyd edə bilərəm ki, Azərbaycanı parlaq gələcəyə aparan yollardan ən əsası gənclərin inkişafına kömək edən idmandır”.
T.Bax bildirib ki, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqlar yüksək səviyyədə aparılır. Bunun Azərbaycanın gələcək imici üçün, beynəlxalq miqyasda daha çox tanınması baxımından vacib bir hadisə olacağını düşünürəm.
Bütün Avropa ölkələrinin “Bakı-2015”də iştirak edəcəklərini düşünürəm. Bunun üçün heç bir maneə olmayacaq. İdman körpü rolunu oynayır. Bütün xalqlar və ölkələr idman vasitəsilə bir araya gəlir və sülh qurmağa başlayırlar.

 

DİGƏR Xəbərlər Arxiv